Mərkəzi Bank 15 milyon manat cəlb etdi

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 15 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.
Mənbə:> Oxu.Az