Bu bank dollar limitini ləğv etdi: İstənilən qədər dollar almaq olar

Azərbaycanda bir bank dollara qoyulan limiti tam aradan qaldırılıb.
AzNews.info Baku.ws-ə istinadən xəbər verir ki, "Azər Türk Bank" ABŞ valyutasının satışına qoyulan 200 dollarlıq limiti ləğv edib.
Bankın mətbuat katibi Nəsimi Cəfərov məlumatı təsdiq edib.
Bank rəsmisi bildirib ki, vətəndaşlar istənilən qədər dolları bankın filiallarına yaxınlaşaraq ala bilər.
Qeyd edək ki, "Azər Türk Bank"da hazırda dollar satışı 1.7059 AZN-ə həyata keçirilir.
Mənbə:> Baku.ws