Deputat azərbaycanlı zənginlərə çağırış etdi
“Azərbaycanın zənginləri xaricdə saxlanılan Azərbaycan müəlliflərinin qiymətli kitablarını alıb Milli Arxiv Fondumuza bağışlasınlar”.
AzNews.info bizimyol.info-ya istinadən xəbər verir ki, bu çağırışla Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
O, rus rəssamlarının Cənubi Amerika ölkələrində olan milyonlarla dollar dəyərindəki rəsm əsərlərini alıb Rusiya muzeylərinə bağışlayan varlıları da misal gətirib.
Mənbə: Bizimyol.info