BMT-dən Əsədin uğuruna reaksiya

BMT-nin Baş katibi Pan Gi Mun Suriyanın Xüms ərazisində yerləşən qədim semit şəhəri olan Palmiranın azad olunmasını alqışlayıb.
Axar.az xəbər verir ki, bu haqda məlumatı BMT-nin rəsmi saytı yayıb:
“Terrorçular təkcə günahsız insanların qanını tökməyib, eləcə də böyük sivilizasiyaları məhv ediblər. Suriya hakimiyyətindən xahiş edirik ki, bu böyük irsə saib çıxsın və torpaqlarını terrorçulardan azad etsin”.
Mənbə:> Axar.az