NATO rəhbərliyi Polşadakı hərbi təlimlərdən narahatdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

NATO rəhbərliyi Polşadakı hərbi təlimlərdən narahatdır

NATO rəhbərliyi Polşadakı hərbi təlimlərdən narahatdır


NATO rəhbərliyi Polşada start götürmüş “Anakonda-16” irimiqyaslı hərbi təlimlərin keçirilməsindən narahatdır.

Oxu.Az bu barədə “Der Spiegel”ə istinadən xəbər verir ki, alyansda 24 ölkədən olan 31 min hərbçinin iştirak etdiyi tədbirin “açıq şəkildə Rusiya əleyhinə istiqamətləndiyini” və “lüzumsuz olaraq real müharibə ssenarisinin oynandığını” hesab edirlər.

Nəşrin məlumatına görə, NATO nümayəndələri polşalıları “sakit etməyə” çalışırlar, amma ölkə hökuməti Rusiya əleyhinə olan kursdan imtina etmək niyyətində deyil.

“Anakonda” təlimləri 2006-cı ildən hər iki ildən bir keçirilir. 2016-cı ildə onların məqsədi hibrid təhdidlər şəraitində müştərək müdafiə əməliyyatları nümunəsində manevrlərin işlənməsidir.

Daha öncə Polşa Müdafiə Nazirliyi təlimlərin “müdafiə xarakteri” daşıyacağını və bölüklərin ümumi təhdidlərə reaksiyasını yoxlamaqdan ibarət olacağını bəyan etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *