Ermənistanın diqqəti Naxçıvanda
"Ermənilər bütün diqqəti Naxçıvana yönəltməyə çalışdılr ki, əhali arasında panika, narahtlıq yaransın"
Siyasi ekspert: “ Ermənilər bütün mexanizm və rıçaqları işə salmaqala diqqəti yayındırmağa çalışdılar, daha doğrusu, diqqəti Naxçıvana yönəltməyə çalışdılr ki, əhali arasında bir panika, narahtlıq yaransın”.
Bu sözləri siyasi ekspert Arzu Nağıyev bildirib."Ermənilər bütün diqqəti Naxçıvana yönəltməyə çalışdılr ki, əhali arasında panika, narahtlıq yaransın"
Xatırladaq ki, aprel ayında baş verən dördgünlük müharibədən sonra erməni mətbuatında ermənilərin Naxçıvanla sərhəd kəndləri boşaldıb əhalinin köçürülməsi ilə bağlı məlumatlar yayılmışdı. Eyni zamanda dördgünlük müharibə zamanı Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışı zamanı Ermənistan ordusunun Naxçıvana atəş açmasını təhlükəli adlandırmışdı. Əgər erməni ordusu bu təxribatı yenidən təkrar edərsə, bu Dağlıq Qarabağ savaşının başlamasına təkan verə bilərmi?
Bu mövzu ilə bağlı siyasi ekspert Arzu Nağıyevin fikirlərini öyrəndik:
“Düşünürəm ki, burada bir neçə məqam var. İlk növbədə, artıq müharibə iki dövlət səviyyəsinə qalxa bilər və artıq həm dünya ictimiyyəti, həm də müvafiq qanunlarla tənzimlənən beynəlxalq hüquq normalarının pozulması faktı gündəmə gələ bilər. Yəni ermənilər nə qədər iddiialı olsalar da, bu artıq BMT çərçivəsində tanınan sərhədlərin pozulması deməkdir. Bundan başqa, Qars müqaviləsi də mühüm faktordur. Digər tərəfdən, Naxçıvan hərbi cəhətdən güclü bir regiondur və ermənilər bundan çəkinirlər.
Arzu Nağıyev : “Müharibə tək səngərlərdə və döyüş meydanında getmir. Ermənilər bütün mexanizm və rıçaqları işə salmaqala diqqəti yayındırmağa çalışdılar, daha doğrusu, diqqəti Naxçıvana yönəltməyə çalışdılr ki, əhali arasında bir panika, narahtlıq yaransın. Təbii ki. buna da nail ola bilmədilər. Çünki dəqiq və operativ məlumatlar sayəsində bu şaiyələrin qarşısı alındı”.
Bu tək Türkiyəni narahat etmirdi və tək Türkiyə üçün təhlükə deyildi. Burada İran da narahatlıq keçirdi və hətta belə bir məlumat da var idi ki, İran sərhəd qoşunları komandanlığı Ermənistan rəhbərliyinə xəbərdarlıq da edib. Yəni heç bir dövlət, o cümlədən İran və Türkiyə öz sərhədləri yaxınlığında müharibə getməsindən məmnun ola bilməzlər. Çünki hər cür təxribat və provokasiya ola bilər. Düşünürəm ki, Azərbaycan münaqişənin həllində sülhə daha çox üstünlük verir, lakin təcavüzkarı danışıqlar masasına əyləşdirmək üçün bizim hər cür imkanımız var və ermənilər, eləcə də onlaırn havadarları bunu gözəl başa düşürlər”.
Mənbə:> Naxcivanxeberleri.com