General-leytnant: Ermənistan itkiyə məruz qalanda həmsədrlər əl-ayağa düşür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

General-leytnant: Ermənistan itkiyə məruz qalanda həmsədrlər əl-ayağa düşür

General-leytnant: Ermənistan itkiyə məruz qalanda həmsədrlər əl-ayağa düşür


Keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytnant Yaşar Aydəmirov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tərəflərin atəşkəs rejiminə ciddi riayət etməli olduğu barədə cağırışına münasibət bildirib.

AzNews.info APA-ya istinadla xəbər verir ki, Y. Aydəmirov deyib ki, Ermənistan tərəfi danışıqlara, vasitəçilərin iştirakı ilə əldə olunmuş razılıqlara nümayişkaranə hörmətsizlik göstərir.

Keçmiş hərbi birlik komandiri qeyd edib ki, Azərbaycan tərəfi əvvəllər də düşmən tərəfi atəşkəs rejimini pozaraq hərbi qulluqçularımızı və mülkü əhalini atəşə məruz qoyduqda vasitəçilərə dəfələrlə müraciət edərək Ermənistanın bu hərəkətlərinə reaksiya verməyə və qarşısını almağa çağırıb:

“Təəssüflər olsun ki, həmsədrlər Ermənistana qarşı nəinki tədbirlər görməyib, bizim bu çağırışlara biganə yanaşaraq, heç səslərini belə çıxarmayıblar. Lakin Ermənistan tərəfi öz törətdiyi təxribatlar ucbatından cəbhədə itkiyə məruz qalanda dərhal həmsədrlər əl-ayağa düşür, atəşkəs rejiminə ciddi əməl edilməsi barədə bəyanatlar verirlər.

Ermənistana xoş gəlsin deyə, onun işğalçılıq siyasətini davam etdirdiyini bildikləri halda belə açıq-aydın ikili standartlar nümayiş etdirirlər. Əgər kimsə Azərbaycanın erməni tərəfinin təxribatlarına, atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmasına səssiz qalacağını düşünürsə, səhv edir. Bir hərbçi kimi bu hərəkətlərin cavabsız qalmayacağına inanıram”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *