Azərbaycan məhkumların sayına görə Avropada 4-cü yerdədir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycan məhkumların sayına görə Avropada 4-cü yerdədir

Azərbaycan məhkumların sayına görə Avropada 4-cü yerdədir


Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhkumların sayına görə Avropada 4-cü yeri tutur.

Oxu.Az İnterfaksa istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının müvafiq hesabatında bildirilir.

Sənədə görə, əhalisinə məhkumların sayı üzrə Rusiya birinci yerdədir. 2014-cü ildə bu ölkədə məhkumların sayı 671 min nəfərdən ibarət olub, onlardan 114 mini ilk dəfə həbs edilib.

Rusiyadan sonra siyahıda Litva (100 min nəfərə 305 məhkum), Latviya (240 nəfər), Azərbaycan (238 nəfər), Gürcüstan (227,9 nəfər), Estoniya (225 nəfər) və Ukrayna (204 nəfər) yer alır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *