Məzarlıqlarla bağlı məsələlərin həllinə az qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Məzarlıqlarla bağlı məsələlərin həllinə az qalıb

Məzarlıqlarla bağlı məsələlərin həllinə az qalıb


Uzun müddətdir hazırlanma prosesində olan “Məzarlıqlar haqqında” qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarıla bilər.

AzNews.info xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunub. Qanun layihəsinin müvafiq komitələrdə müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.

Qeyd edək ki, yeni qanun layihəsində bütün məzarların bərabər formada olması, heç bir məzarın digərlərindən fərqlənməməsi, bütün məzarlarda başdaşı və qəbirüstü daşların eyni ölçüdə olması nəzərdə tutulur.

Bundan əlavə, yeni məzarlıqların yaşayış massivlərindən uzaqda, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olması nəzərdə tutulur.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *