Sabah Bakının bir hissəsində su olmayacaq

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Mənbə:> Oxu.Az