Bakı polisi əcnəbi turisti çətin vəziyyətdən xilas etdi » Səhifə 46 » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakı polisi əcnəbi turisti çətin vəziyyətdən xilas etdi

Bakı polisi əcnəbi turisti çətin vəziyyətdən xilas etdi


İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən ölkəmizə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində olduğu müddətdə pul qabını itirməsi barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, o, heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib.

Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun “28 May” stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər.

Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyatı üzrə Polis Şöbəsinə gətiriblər. Əcnəbi qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun “Azadlıq” stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pul qabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər.

Əcnəbi turist pul qabının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin peşəkarlığına, opertaviliyinə görə onlara minnətdarlıq edib, bunun ən yaxşı nümunə olduğunu bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1351
  • 18 aprel 2026 04:48
  • Yazan: Glory
It's going to be finish of mine day, except before end I am reading this enormous
piece of writing to improve my knowledge.

Also visit my web site капсульные дома

  • #1352
  • 30 aprel 2026 15:52
  • Yazan: Myrtis
I need to to thank you for this very good read!!
I definitely enjoyed every little bit of it.

I have got you bookmarked to look at new things
you post…

Look at my web page خرید بک لینک

  • #1353
  • Dünən, 10:07
  • Yazan: Jan
Hi, i believe that i noticed you visited my website
so i got here to return the favor?.I am trying to to find
things to improve my web site!I guess its adequate to use
some of your ideas!!

my web page - red dead Redemption 2
dlc

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *